Neçə nəfər Marneulili koronavirusdan sağalıb
Marneuli bələdiyyəsində koronovirusdan 27 nəfər sağalıb. Bu barədə məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze verib. Laperadzenin sözlərinə görə, ümumilikdə 29 nəfər covid-19-a yoluxub. Onlardan ikisi hələ müalicə olunur, 27 nəfər isə sağalıb.

Qeyd edək ki, Marneulidə 21 gündür koronavirusa yoluxma halı qeydə alınmayıb.

Marneuli bələdiyyəsi 23 mart tarixində bağlanmışdı. Hökumət qeyd olunan qərarı Marneulidə virusa yoluxma halı qeydə alındıqdan sonra vermişdi. 18 may tarixindən isə artıq bələdiyyənin inzibati sərhədləri açılıb.

Print Email
FaceBook Twitter Google