Marneulinin "Geo Hospitals" klinikasında analiz götürülmüş beş xəstədə koronavirus aşkarlanmayıb
Bu gün, 25 may tarixində alınan cavablara görə, Marneulinin “Geo Hospitlas” klinikasında koronavirusa görə analiz götürülmüş 5 xəstədə virus aşkarlanmayıb.

Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirib ki, analizlər 23 və 24 may tarixində klinikaya gətirilən xəstələrdən götürülüb.

Heç bir xəstədə koronavirus aşkarlanmayıb.

25 may tarixində saat 12:00-a olan məlumata görə, Marneulinin “Geo Hospitals” klinikasına koronovirus əlamətləri ilə heç bir xəstə gətirilməyib.

Marneulinin “Geo Hospitals” klinikasında 21 gündür ki, virusa yoluxma halı qeydə alınmayıb. 6 maydan 9 maya qədər aparılan 1 635 analizdən yalnız ikisinin cavabı müsbətdir.

Marneuli bələdiyyəsi 55 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

Print Email
FaceBook Twitter Google