Bu gün, 25 may tarixində alınan cavablara görə, Marneulinin “Geo
Hospitlas” klinikasında koronavirusa görə analiz götürülmüş 5
xəstədə virus aşkarlanmayıb.
Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna
bildirib ki, analizlər 23 və 24 may tarixində klinikaya gətirilən
xəstələrdən götürülüb.
Heç bir xəstədə koronavirus aşkarlanmayıb.
25 may tarixində saat 12:00-a olan məlumata görə, Marneulinin “Geo
Hospitals” klinikasına koronovirus əlamətləri ilə heç bir xəstə
gətirilməyib.
Marneulinin “Geo Hospitals” klinikasında 21 gündür ki, virusa
yoluxma halı qeydə alınmayıb. 6 maydan 9 maya qədər aparılan 1 635
analizdən yalnız ikisinin cavabı müsbətdir.
Marneuli bələdiyyəsi 55 gün bağlı qaldıqdan sonra 18 may tarixində
açılıb.