Qoridə vəfat edən qadının ailəsi onun ölümündə qadının ərini
günahlandırır.
Bu haqda məlumatı “TV Pirveli” yayıb.
Vəfat edənin ailə üzvlərinin televiziyaya bildirdiyinə görə, 28
yaşlı qadının göz və boğaz nahiyələrində xəsarət izləri var. Ailə
üzvlərinin bildirdiklərinə görə, ailə Qoridə ayrı yaşayırdı.
Qadının ölümü haqqında həyat yoldaşı qadının ailə üzvlərinə onlar
qadını axtardıqdan iki gün sonra məlumat verib. Bununla yanaşı,
ailə deyir ki, qadınla əri arasında tez-tez münaqişələr olub.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə ilə bağlı
Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladılıb ki, bu
da intihar həddinə çatdırmanı nəzərdə tutur.