Poniçala-Marneuli-Ququti yolunun 13-cü kilometrinin bərpası işləri aparılır
Poniçala-Marneuli-Ququti yolunun 13-cü kilometrinin bərpası işləri aparılır.

Avtomobil Yolları Departamentindən verilən məlumata görə, mövcud yol zədələnib və nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti üçün onun tam bərpası lazım olub.

“Layihəyə əsasən, yolun texniki parametrləri yaxşılaşdırılacaq, üç körpü bərpa ediləcək, süni tikililər bərpa ediləcək, yol örtüyü düzəldiləcək və yol hərəkəti təhlükəsizliyi üçün müasir yol texnikası təmin ediləcək. Bərpa olunacaq hissə Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsindədir. Poniçala-Marneuli-Ququti avtomobil yolu bölgəni Bolnisi vasitəsilə ən qısa məsafədə Ermənistanın şimal-qərb bölgəsi ilə birləşdirir, buna görə də bu yolun düzgün işləməsi tranzit nəqliyyatının mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır”, – deyə Avtomobil Yolları Departamentinin verdiyi məlumatda bildirilir.

Layihə dövlət büdcəsindən maliyyələşdirilir və dəyəri 13 399 999 lari təşkil edir. Təmir-bərpa işləri ilin sonunadək başa çatdırılacaq.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google