“Lilo-Mall” nə vaxt açılacaq
"Lilo-Mall" iyunun 1-də açılacaq – bu haqda “İnfo Rustavi” xəbər agentliyinə xidmət şöbəsinin müdiri Qiorqi Çomaxidze bildirib.

İdarə ilə görüşmək və mağazalar açdıqdan sonra necə davranmaq barədə tövsiyələr almaq üçün Lilo-Mall-a burada satışla məşğul olan şəxslər toplaşmışdı.

Çomaxidzenin sözlərinə görə, dükanlar iyunun 1-dən mərhələli şəkildə açılacaq, lakin hazırda hansı hissələrin fəaliyyətə başlayacağı məlum deyil.

Lilo-Mall-ın fəaliyyətini mayın 25-də bərpa etməsi planlaşdırılırdı.

"İnfo Rustavi"-nin verdiyi məlumata görə, şirkət martın 20-də hökumətin verdiyi tövsiyələrə əsasən müştərilərin qəbulunu dayandırıb.

Xatırladaq ki, hökumət məhdudiyyətləri ləğv etmək üçün altı mərhələli bir plan hazırlayıb və bu plana əsasən dördüncü mərhələdə ticarət mərkəzlərinin açılması planlaşdırılır.

Mənbə: inforustavi.ge
Print