Ədliyyə Evinin xidmətlərindən yaralanmaq üçün azərbaycan və erməni dilində də vizit almaq mümkündür
Bu gündən, 25 may tarixindən Ədliyyə Evlərinə getmək üçün azərbaycan və erməni dillərində qeydiyyatdan keçmək mümkün olacaq. Bunun üçün my.gov.ge portalına daxil olmalısınız. Xidmətdən yararlanmaq istəyən şəxs my.gov.ge portalında filiala getmək üçün vaxt seçməlidir. Bundan sonra həmin şəxsin telefon nömrəsinə qısa mətn mesajı göndəriləcək. Qeyd etdiyiniz vaxtda və saatda filiala gedə biləcəksiniz.

Xidmətdən yararlanmaq istəyənlər nəzərə almalıdır:
  • İcazə almaq yalnız my.gov.ge portalından mümkündür. Veb-səhifədə görünən yerdə icazə almaq üçün təqvim yerləşdirilib;
  • İcazə aldıqdan sonra istifadəçi qeyd etdiyi telefon nömrəsinə qısa mətn mesajı alacaq və orada vizitin tarixi, yeri və vaxtı, həmçinin, birdəfəlik kod qeyd olunacaq. Həmin kodu Ədliyyə Evinə gedən zaman təqdim etməlisiniz;
  • Əvvəlcədən icazə almadan Ədliyyə Evinə/İctimai Mərkəzə gedən şəxslər qəbul olunmayacaq;
  • Filiala gedən şəxs maska taxmalıdır. Əks halda binaya buraxılmayacaq.
  • Filiala uşaqlar və xidmətdən yararlanmaq istəyən şəxslə birgə gələnlər buraxılmayacaq;
  • Filiallarda evliliyin qeydiyyatından başqa bütün xidmətlərdən yararlanmaq mümkündür;
  • Ədliyyə Evləri və İctimai Mərkəzlər icazə almış istifadəçiləri qəbul edə biləcəklər;
İstifadəçilər yerindəcə və qaynar xətt vasitəsilə icazə ala bilməzlər. Vizit təyin etmək üçün my.gov.ge-dən istifadə olunmalıdır.

Ədliyyə Evinin filialları və İctimai Mərkəzlər koronavirusun qarşısının alınması məqsədi ilə elan edilmiş fövqəladə vəziyyətə görə qeyd olunan formatda çalışırlar və məhdudiyyətlər ləğv olunana qədər bu formatda fəaliyyətə davam edəcəklər.

Marneulidə Ədliyyə Evi 18 may tarixində fəaliyyətini bərpa edib. Ədliyyə Evinin Marketinq və Xidmətlərin İnkişaf rəhbəri Ani Qiqineişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, vətəndaşlar Marneuli Ədliyyə Evində bütün xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Ədliyyə Evinin Bolnisi filialı və Kazreti İctimai Mərkəzi bu gündən açılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər