Bu gündən, 25 may tarixindən Ədliyyə Evlərinə getmək üçün
azərbaycan və erməni dillərində qeydiyyatdan keçmək mümkün olacaq.
Bunun üçün my.gov.ge portalına daxil olmalısınız. Xidmətdən
yararlanmaq istəyən şəxs my.gov.ge portalında filiala getmək üçün
vaxt seçməlidir. Bundan sonra həmin şəxsin telefon nömrəsinə qısa
mətn mesajı göndəriləcək. Qeyd etdiyiniz vaxtda və saatda filiala
gedə biləcəksiniz.
Xidmətdən yararlanmaq istəyənlər nəzərə almalıdır:
- İcazə almaq yalnız my.gov.ge portalından mümkündür.
Veb-səhifədə görünən yerdə icazə almaq üçün təqvim
yerləşdirilib;
- İcazə aldıqdan sonra istifadəçi qeyd etdiyi telefon
nömrəsinə qısa mətn mesajı alacaq və orada vizitin tarixi, yeri və
vaxtı, həmçinin, birdəfəlik kod qeyd olunacaq. Həmin kodu Ədliyyə
Evinə gedən zaman təqdim etməlisiniz;
- Əvvəlcədən icazə almadan Ədliyyə Evinə/İctimai Mərkəzə
gedən şəxslər qəbul olunmayacaq;
- Filiala gedən şəxs maska taxmalıdır. Əks halda binaya
buraxılmayacaq.
- Filiala uşaqlar və xidmətdən yararlanmaq istəyən şəxslə
birgə gələnlər buraxılmayacaq;
- Filiallarda evliliyin qeydiyyatından başqa bütün
xidmətlərdən yararlanmaq mümkündür;
- Ədliyyə Evləri və İctimai Mərkəzlər icazə almış
istifadəçiləri qəbul edə biləcəklər;
İstifadəçilər yerindəcə və qaynar xətt vasitəsilə icazə ala
bilməzlər. Vizit təyin etmək üçün my.gov.ge-dən istifadə
olunmalıdır.
Ədliyyə Evinin filialları və İctimai Mərkəzlər koronavirusun
qarşısının alınması məqsədi ilə elan edilmiş fövqəladə vəziyyətə
görə qeyd olunan formatda çalışırlar və məhdudiyyətlər ləğv olunana
qədər bu formatda fəaliyyətə davam edəcəklər.
Marneulidə Ədliyyə Evi 18 may tarixində fəaliyyətini bərpa edib.
Ədliyyə Evinin Marketinq və Xidmətlərin İnkişaf rəhbəri Ani
Qiqineişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki,
vətəndaşlar Marneuli Ədliyyə Evində bütün xidmətlərdən yararlana
bilərlər.
Qeyd edək ki, Ədliyyə Evinin Bolnisi filialı və Kazreti İctimai
Mərkəzi bu gündən açılıb.