Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) 24 may
tarixində həftə ayini zamanı Marneulinin Mədəniyyət Evininin
ərazisindəki parkda yerləşən Nəriman Nərimanovun abidəsindən
danışıb və Marneuli merini
abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə
başlamağa çağırıb.
“Azərbaycanlının abidəsi olduğuna görə qarşı çıxmırıq.
Filip Maxaradze, Orconikidze də onu kimi xəyanətkar idi və biz
onların abidəsini götürüb atdıq. Onlar Sovet İttifaqının repressiya
maşının başında duranlar idi və çox sayda adam güllələyiblər,
repressiyalar həyata keçiriblər... Nəriman Nərimanov bizim ərazi
bütövlüyümüzün pozulmasında böyük töhfəsi olan
adamdır”, – Qiorqi bildirib.
O, Zaur Darğallının hərəkətini vicdansızlıq olaraq qiymətləndirib
və bugünkü hakimiyyəti Marneulidə olan vəziyyətə müdaxilə etməyə,
Sovet İttifaqı və faşizm rəmzlərini aradan qaldırmağa çağırıb.
Yepiskopun sözlərinə görə, Nərimanovun heykəli də onlardan
biridir.
“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə
bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun
olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin
heykəllərinin sökülməsinə başlasınlar... Mən düşünürəm ki,
savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin
avtobioqrafiyasını bilməməlidir? Əgər bu səhv idisə, mer bunu
ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında
üzr istəməlidir”, – Yepiskop Qiorqi bildirib.
Marneuli və Hucabinin Yepiskopu eləcə də bildirib ki, Marneuli
merinin hərəkəti konkret olaraq isə Nəriman Nərimanovun abidəsinin
bərpası mənəvi və əxlaqi, həmçinin, hüquqi baxımdan
qeyri-qanunidir.
Yepiskopun həftə ayinini “Alilo Marneulidə” adlı “Facebook”
səhifəsi yayımlayıb.
Nərimanovun heykəlinin bərpasına 2020-ci ilin fevralında
başlanılıb. 3 mart tarixində Marneuli meri “Marneuli” radiosuna
bildirib ki, abidənin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata
keçirilib.