Qudauridə "Vitamin"in binası yanıb
Qudauridə “Vitamin” kafe-barı yanıb. “Vitamin”-in təsisçisi Tea Kikvadze Facebookda video yayımlayıb. Videoda binanın necə yandığı görünür.

“Netgazeti” məlumatı dəqiqləşdirmək üçün “Vitamin”-in nümayəndələri ilə əlaqə saxlayıb. Onlarına açıqlamasına görə, yanğının baş vermə səbəbləri hələ məlum deyil. Ancaq yanğının elektrik enerjisindən yaranması istisna deyil. Onların məlumatına görə, yanğın bu gün saat 11:00-12:00 da baş verib.

Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatına görə yanğınla bağlı 112-yə mesaj daxil olmayıb. Ancaq Qudauri ərazisində çalışan yanğınsöndürənlər tüstünü görüb və hadisə yerində getdikdə artıq bina yanıbmış. Qurumun məlumatına görə, indiki mərhələdə aktiv yanğın yoxdur və heç kim xəsarət almayıb.



Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google