Onkoloji xəstəxananın əməkdaşlarının əməkhaqqı borcları 2 ay ərzində ödənəcək – nazir
“Dövlət Tibb Holdinqinə” daxil olan tibbi müəssisələrin inkişafının ilk mərhələsi başlayır” – bu barədə İşğal Edilmiş Ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bəyanat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə “Universal tibb mərkəzinin” (keçmiş onkoloji mərkəz) tam bərpası-təchizatı həyata keçiriləcək. Mərkəz tam bərpa ediləcək və müasir standartlara uyğun olacaq. İşlər yaxın gələcəkdə başlayacaq.

“Onkoloji xəstəxana Gürcüstan səhiyyəsində strateji və vacib obyektdir və onun müvafiq səviyyədə olması bizim üçün olduqca əhəmiyyətlidir”, – Tikaradze deyib.

Biz hazırda mərkəzdə olan xəstələrin müalicəsini və başqa stasionar müəssisələrdə yerləşdirilməsini tam təmin edəcəyik. Onlar müalicələrini orada davam etdirəcəklər.

Ekaterine Tikaradzenin sözlərinə görə, onkoloji xəstəxananın əməkdaşlarının əməkhaqqı borcları 2 ay ərzində ödənəcək.

“Xəstəxananın tibbi heyətinə qarşı bilirsiniz ki, əməkhaqqı borcumuz var. Dövlət əməkhaqqı borclarını tam ödəməklə bağlı üzərinə məsuliyyət götürüb. 2 ay ərzində borclar tam ödənəcək”, – nazir bildirib.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google