ABŞ prezidenti Donald Tramp Gürcüstanın Müstəqillik Gününü təbrik
edib. Tramp təbrik məktubunu baş nazir Qiorqi Qaxariaya göndərib.
ABŞ prezidenti təbrikində onilliklər ərzində ABŞ və Gürcüstan
arasında ümumi dəyərlərə və maraqlara əsaslanan möhkəm əməkdaşlığın
olmasını xüsusi vurğulayıb.
“Amerika xalqının adı ilə, sizə səmimi qəlbdən
salamlayır və Müstəqillik Günü – 26 may münasibətilə təbrik
edirəm!
Onilliklər ərzində ABŞ və Gürcüstanı ümumi dəyərlərə və maraqlara
əsaslanan möhkəm əməkdaşlıq bir-birinə bağlayıb. Amerika Birləşmiş
Ştatları Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməsi üçün
atdığı addımlara böyük qiymət verir, o cümlədən, gürcü döyüşçülərin
Əfqanıstanda Amerikalı və NATO qüvvələri ilə çiyin-çiyinə NATO
missiyasında iştirak etməsi böyük töhfədir. Biz Gürcüstanın
suverenitetinə və beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünə
möhkəm dəstəyimizi ifadə edirik. Biz, NATO-ya doğru gedən yolda
Gürcüstana sarsılmaz dəstəyimizi davam etdirəcəyik. Bizim
tərəfdaşlığımız davam edir, bu gün koronavirusun misli görülməmiş
qlobal pandemiyası ilə mübarizədə əməkdaşlıq edirik. Biz,
Gürcüstanın demokratik və iqtisadi inkişafını möhkəm dəstəkləyirik
ki, bu da Avroatlantik inteqrasiya ilə bağlı gürcü xalqının
səylərini həyata keçirməsi üçün çox əhəmiyyətlidir. Sizin
tərəfinizdən əməkdaşlığı gözləyirəm ki, Gürcüstanın demokratik
institutlarının konsolidasiyası və siyasi plüralizminin
möhkəmlənməsində, müstəqil məhkəmənin dayaq olduğu qanunun
aliliyinin güclənməsində, həmçinin iqtisadiyyatın şaxələnməsində
sizə köməklik edək. Gürcüləri səmimi qəlbdən təbrik edirəm,
məhsuldar və təhlükəsiz gələcək arzulayıram”, –
Donald Trampın təbrikində deyilir.
Bu gün, mayın 26-da Gürcüstan öz müstəqilliyinin 102-ci ilini qeyd
edir.