Gürcüstanda havalar düzələcək və havanın temperaturu artacaq.
Milli Ekologiya Agentliyinin verdiyi məlumata görə, mayın 26 və
27-də havanın temperaturu +25, +27 dərəcə olacaq.
“Mayın 26-da istilik fonunda yalnız ayrı-ayrı rayonlarda
qısamüddətli yağış yağması və şimşək çaxması mümkündür. Havanın
temperaturu aran yerlərində +23, +28 dərəcə gözlənilir, 27-28 may
tarixlərində isə +28, +33 dərəcəyədək yüksələcək. Tbilisidə havalar
bu gündən etibarən yağışsız olacaq. Havanın temperaturu 26-27 mayda
+25, +27 dərəcə olacaq, mayın 28-də isə +31 dərəcəyədək
yüksələcək”, – deyə yayılan məlumatda bildirilir.