ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstanı Müstəqillik
Günü münasibətilə təbrik edir.
Səfirliyin yaydığı videomüraciətə görə, Gürcüstan və ABŞ ortaq
dəyərlərə – azadlığa, demokratiyaya, tolerantlığa və yorulmaz
işlərə əsaslanan möhkəm dostluğa malikdir.
"Salam, mən Kelli Deqnanam. Amerika Birləşmiş
Ştatlarının səfirliyi adından gürcü xalqını Müstəqillik Günü
münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstan və Amerika Birləşmiş
Ştatları azadlıq və bərabərliyin dərin sevgisini paylaşır.
Gürcüstan xalqı 1918-ci ilin Müstəqillik Aktında əks olunan bu iki
əsas dəyərin qayğısına xüsusi olaraq qalır. Bu akt, milliyyətindən,
dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq hər
Gürcüstan vətəndaşı üçün siyasi hüquqlara eyni dərəcədə zəmanət
verir. Bu prinsiplər hər bir Amerikalıya yaxşı məlumdur. Gürcülər
də, Amerikalılar da azadlıq, müstəqillik və bərabərlik uğrunda
vuruşdular və qurbanlar verdilər. Ölkələrimiz arasında hələ də
dərin, zəngin və davamlı bir dostluq mövcuddur, çünki bu, bizim
qiymətli, ortaq dəyərlərimizə – azadlığa, demokratiyaya,
tolerantlığa və yorulmaz işlərə əsaslanır. Biz, tərəfdaş olaraq,
demək olar ki, 30 ildir ki, Gürcüstanın demokratik yolundakı
tərəqqisini birlikdə qeyd edirik. Gürcüstanın sadiq dostları olaraq
bu gün sizinlə birlikdə azadlıq və müstəqilliyinizi qeyd edirik.
Çox sağ olun və Müstəqillik Günü münasibətilə sizləri təbrik
edirəm”, – deyə Kelli Deqnan video müraciətində
bildirib.