“Heykəlin bərpası qanunsuz şəkildə həyata keçirilib” – Qiorqi ata Marneuli merini ittiham edir

Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) Marneuli meri Zaur Darğallını Nəriman Nərimanovun heykəlinin bərpasında ittiham edib.



“Bərpa ilə bağlı heç bir arxitektura xidməti ilə razılığa gəlinməmişdi, nə Nəzarət Xidməti, nə də müvafiq xidmətlər bilmirdi. Mənim bildiyimə görə, təşəbbüskar mer idi və heykəl bütün qanunlardan yan keçərək bərpa olunub”,
– yepiskop Qiorqi “Rustavi 2”-yə bildirib.

Marneuli meri Zaur Darğallı artıq iki gündür “Marneuli” radiosunun zənglərinə cavab vermir. Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneulinin majroitar deputatı Ruslan Hacıyev və Tamaz Naveriani də bizim zənglərimizi cavablandırmır.

Yepiskop 24 may tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.

“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar... Mən düşünürəm ki, savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin avtobioqrafiyasını bilməməlidir? Əgər bu səhv idisə, mer bunu ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında üzr istəməlidir”, – Yepiskop Qiorqi bildirib.

Nərimanovun abidəsinin bərpası 2020-ci ilin fevral ayında başlayıb. 3 mart tarixində Marneuli meri “Marneuli” radiosuna bildirmişdi ki, abidənin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.

 

 

Print Email
FaceBook Twitter Google