“İpoteka kreditlərinə subsidiyanın verilməsi ikinci əl mənzillərə şamil edilməyəcək”
İpoteka kreditlərinə subsidiyaların verilməsi yalnız birinci əl mənzillərə aid ediləcək. Bu haqda “TBC Bankın” direktoru Vaxtanq Buçxrikidze “Palitra” radiosu və “Palitra News”un “İş” verilişində bildirib.

Onun sözlərinə görə, kreditlərin verilməsinə başlanılması üçün texniki işlər qalıb ki, buna da 1-2 həftə vaxt lazım olacaq. Müvafiq olaraq, iyunun ortalarından bank kredit vermək üçün hazır olacaq.

“Son 3 həftə ərzində hökumət, tikinti şirkətləri, kommersiya bankları və Milli Bank arasında kifayət qədər fəal iş gedirdi. Müzakirələr zamanı söhbət gedirdi ki, bu təşəbbüs daha geniş sahəni əhatə etsin, o cümlədən ikinci əl mənzillərə də şamil olunsun, amma son nəticədə razılaşma əldə olundu ki, bu təşəbbüs yalnız birinci əl mənzillərə şamil edilsin. Bununla, bu məbləğ yeni mənzil tikənlər üçün istifadə olunacaq və tikinti şirkəti layihələrin həvəsləndirilməsinə gətirib çıxaracaq”, – deyə Buçxrikidze bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google