“Artıq hamı qiyməti 50 tetri yazıb. Səhər bir neçə
sürücüyə səhvən bahalaşdırılmış tarif veriblər. Artıq
dəyişdiriblər”, – bu bəyanatı 1 və 2 nömrəli
marşrutların rəhbəri Yuri Samxaradze “Marneuli” radiosuna verib.
O, nəqliyyat vasitələrində təyin edilmiş yeni tariflər haqda bizdən
eşitdikdən və məsələni araşdıracağına vəd verdikdən sonra qeyd
olunan bəyanatı verib.
Şirkət direktorunun sözlərinə görə, təxminən dörd marşrut sürücüsü
nəqliyyat vasitəsinə yanlış şəkildə çap edilmiş qiymətlər
asıbmış.
Yuri Samxaradze 28 may tarixində “Marneuli” radiosuna verdiyi
məlumatda əhaliyə vəd verimişdi ki, gediş haqqı yalnız Marneulidə
10 tetri bahalaşacaq. Ancaq kənd marşrutlarına minən sərnişinlər
səhər yeni tariflə qarşılaşıb.
Marneulinin 1 və 2 nömrəli “marşutkalarında” yol haqqı 50 tetridir.
Tariflər yalnız Marneulidə 10 tetri bahalaşıb.
Bələdiyyənin balansında olan avtobuslarda eyni tarif qalır
Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixində bərpa
olunub. Sərnişinlər üçün maska taxmaq məcburidir və sərnişin
daşınması oturacaqların sayından asılıdır.