Marneuli müftisi Hafiz Poluxova lazimi töhmət verildi - Hacı Yasin Əliyev
"Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli müftisi Hafiz Poluxovun Marneuli və Hucabi Yeparxiyasının Yepiskop iqamətgahında dinə aid olmayan məsələyə görə rəhbərliyi məlumatlandırıb, razılıq almadan iştirak etməsini olduqca yalnış bir addım olduğunu hesab edirəm", — “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə Müftisi Hacı Yasin Əliyev dedi. Onun sözlərinə görə, Poluxovun razılaşdırmadan hər hansı bir görüşdə iştirak etməsi idarənin mövqeyini əks etdirmir.

"Bizim tərəfmizdən ona lazimi töhmət verildi. İnşallah yaxın günlərdə şura tərəfindən görüş olacaq. Şurada o, tutduğu əmələ görə cavab verəcək və haqqında qərar qəbul olunacaq. Mənə və idarəyə bildirmədən yerli Sadaxlı camaatı ilə bərabər o, da orada iştirak edib. Bizim xəbərimiz olmadan, el ağsaqqaları yığışıb getdiyiklərinə görə dini şəxs olaraq ona da təklif olunub və o, da gedib. O, getməməli idi. Yəqin ki, şura qərar qəbul edəndən sonra, biz də onun haqında lazimi adımlar atacağıq", — Hacı Yasin Əliyev dedi.

Xatırladaq ki, 28 may tarixində Marneuli və Hucabi Yeparxiyasının Yepiskop iqamətgahında Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) və Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli üzrə müftisi Hafiz Poluxov, Marneuli bələdiyyə məclisinin üzvü Rövşən İsgəndərov, azərbaycanlı ziyalılar və digər şəxslər arasında görüş baş tutub.

Print Email
FaceBook Twitter Google