Açıq sahələri olan restoranlar bu gündən etibarən fəaliyyətlərini bərpa edirlər
Gürcüstanda açıq sahələri olan restoranlar bu gündən açılır. İaşə obyektləri üçün ümumi tövsiyələr əvvəlcədən bron etmək sistemindən istifadəni və nağdsız ödənişi nəzərdə tutur.

İaşə obyektlərində masalar 2 metr məsafədə olmalıdır və hər masada ən çox 6 nəfərin oturmasına icazə verilir.

Səhiyyə naziri ictimai iaşə obyektləri üçün tövsiyələri təsdiqləyib. Buna əsasən qapalı yeri olan iaşə müəssisələrində masaların bir-birindən ən azı 2 metr məsafədə olması və eyni zamanda hər masada ən çox 6 müştərinin qəbul edilməsinə icazə verilir. İstisna olaraq, ailə üzvləri və 12 yaşdan kiçik yeniyetmələr bir masaya otura bilər.

Eyni zamanda, bir masanın istifadəçiləri arasındakı məsafə ən azı 1 metr, bir nəfər üçün tələb olunan sahə isə ən azı 2.25 kv.m. olmalıdır.

Sənədə görə, qapalı yerlər təbii havalandırma ilə təmin edilməlidir və bu mümkün olmadıqda, xaricdən havanın daxil olmasını, dövr etməsini və xaricə çıxmasını təmin edəcək süni havalandırmadan istifadə etmək mümkündür.

Menyuya gəldikdə isə, qonaqlar üçün çap edilmiş (birdəfəlik) menyu təklif etmək tövsiyə olunur və elektron menyu təklif edilərsə, menyu lövhəsinin yanına əl üçün gigiyenik vasitələri qoyulmalıdır.

Açıq yerləri (terras/veranda/açıq restoran) olan ictimai iaşə obyektlərinə olan tələblərə gəlincə, bu vəziyyətdə masaların və qonaqların yerləşdirilməsinə olan tələblər qapalı yer olan iaşə obyektlərinə bənzəyir.

Yemək obyektləri üçün ümumi tövsiyələr əvvəlcədən sifariş sisteminin istifadəsi və nağdsız ödənişlərə üstünlüyün verilməsidir.

Tövsiyələrdə, həmçinin birdəfəlik süfrələrin istifadəsi və daha ciddi təmizlik tədbirləri də yer alır (ayaqyolu, dəhliz, salonlar, liftlər və s.). Daha dəqiq desək, təmizlik üçün dövri 2 saatlıq bir rejim tətbiq olunmalıdır.

Gürcüstanda 8 iyundan etibarən restoranlarda bütün növ xidmətlər bərpa olunacaq. Həmçinin, Səhiyyə Nazirliyinin müvafiq qurumlarının təftişindən keçən və icazə alan mehmanxanaların fəaliyyətini bərpa etməsinə icazə verilir.

Print Email
FaceBook Twitter Google