Avtomobil qəzası nəticəsində polis işçisi həlak olub
Axaltsixedə yol-nəqliyyatı hadisəsi nəticəsində bir nəfər həlak olub. Daxili İşlər Nazirliyinin əməkdaşı olan həmin şəxs öz avtomobili ilə hərəkət edən zaman beton səkiyə çırpılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Vəfat edən şəxs yol nəqliyyatı hadisəsi zamanı vəzifə borcunu yerinə yetirmirmiş.

DİN-dən Report.ge-yə verilən məlumata görə, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başladılıb ki, bu da, nəqliyyat vasitəsinin təhlükəsizliyi və istifadəsi qaydasının insan ölümü ilə nəticələnən pozulmasını nəzərdə tutur.
Print