Gürcüstanda havalar bu gündən iyunun 6-na qədər pis keçəcək.
Milli Ekologiya Agentliyindən verilən məlumata görə, iyunun 2-də,
günün sonundan 6 iyun səhər saatlarınadək Gürcüstanda yağış
yağacağı, şimşək çaxacağı, bəzi yerlərə güclü dolu düşəcəyi, güclü
qərb küləyi əsəcəyi, dənizdə 2-3 bal gücündə fırtına olacağı
gözlənilir.
"Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun
səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər və kiçik çaylarda
daşqınlara səbəb ola bilər. Ölkənin dağlıq ərazilərində torpaq
sürüşmələrinin baş verməsi mümkündür", – Agentlikdən
verilən məlumatda bildirilir.