Gənc sahibkarlar layihəsinin final mərhələsində qeydiyyat vaxtı dəyişib
“Gələcək Gürcüstan üçün Bölgənin İnkişafı Assosiasiyası” (RDFG)-nin gənc sahibkarlar layihəsinin final mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti dəyişib. (RDFG)-nin gənclər üzrə rəhbəri Revaz Cavlidzenin “Marneuli” radiosuna bildirdiyinə görə, ölkədə Covid-19-un yayılmasının qarşısının alınması məqsədi ilə proqramda iştirak tarixləri dəyişib.

“Biz mart ayından layihəni həyata keçirməyi planlaşdırırdıq. Təəssüf ki, təxirə salmalı olduq. Bu gün reallıq budur ki, layihədə iştirak etmək üçün maraqlanan gənclər 8 iyun tarixində günün sonuna qədər qeydiyyatdan keçə bilərlər. Təlimlərin keçirilməsini isə 13-14 iyun tarixində planlaşdırırıq. Biz təlimlərin onlayn keçirilməsi üçün qərar qəbul edəcəyik. İntensiv sahibkarlar üçün düşərgə 12-19 iyulda baş tutacaq”, – Revaz Cavelidze bildirib.

Layihə “Gələcək Gürcüstan üçün Bölgənin İnkişafı Assosiasiyası” (RDFG) tərəfindən USAİD-in proqramı çərçivəsində həyata keçilir. Layihənin məqsədi Gürcüstanın regionlarında (kəndlərdə) yaşayan gənclərin sahibkarlıq vasitəsilə gücləndirilməsidir. Proqram çərçivəsində qrant komissiyası tərəfindən ən az 3 qalib biznes layihə müəyyən ediləcək. Onların hər biri 10 000 lari dəyərində qrant ilə mükafatlandırılacaq.

Regional Gənc Sahibkarlar Proqramı Gürcüstanın 9 bələdiyyəsindən (Zuqdidi, Borjomi, Aspindza, Adigeni, Ninotsminda, Marneuli, Bolnisi, Kaspi və Qori) 18-29 yaşlı gənclərin sahibkarlıqla bağlı təlimlərə qoşulmasını nəzərdə tutur. Layihə üç mərhələdən ibarətdir.

Layihədə iştirak etmək üçün xahiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: http://rdfg.ge/ka/phase-3-registration/

Print