Parlamentin birinci vitse-spikeri Qia Volski "Gürcü Arzusu"-nun
seçkilər üçün yeni simalar seçməsinin meyarlarını açıqladı.
Onun sözlərinə görə, “Gürcü Arzusu”-na düşmək istəyən şəxsin
ekspert göstəriciləri olmalıdır.
Volskinin sözlərinə görə, partiyada həmişə eyni simaların olması
mümkün deyil.
"Əsas bir neçə əlamət var: ekspert göstəriciləri,
vətənpərvərlik, fədakarlıq və əlbəttə ki, komandanın üzvü olmaq,
çünki bir çox hallarda güclü seçki komandasının təmsil olunması
ictimaiyyət üçün çox vacibdir. Buna görə də diqqətli olacağıq və
buna çox ciddi yanaşacağıq", – deyə Volski “Rustavi
2”-nin efirində deyib.