“Gürcü marşı”nın bir neçə liderinin Rusiya ilə əlaqələri var — Estoniyanın xarici kəşfiyyatı
Estoniya Xarici Kəşfiyyat Xidməti 2020-ci il üçün hesabatını yayımlayıb. Hesabatda Cənubi Qafqaz ölkələrinə Rusiyanın təsirlərini müzakirə edən “yumşaq güc” haqqında da söhbət açılır. Hesabatda deyilir ki, 2008-ci ilin avqust müharibəsindən bəri Rusiya Gürcüstanda anti-Qərb təbliğat vasitələrini xüsusi intensivliklə işə salıb.

Məsələn, hesabatda Dimitri Lortkipanidzenin direktoru təyin edildiyi “Primakovun gürcü-rus İcma Mərkəzi”nə toxunulur. Həmçinin, Qriqori Karasinin gürcü cəmiyyətində güclü etirazlara səbəb olan Tbilisidə “Rus Mədəniyyəti Mərkəzi”nin açılacağı da açıqlanıb.

Hesabatda Rusiya təbliğat silahının nümunəsi olaraq “Gürcü marşı” da göstərilib:

“Son illərdə Gürcüstanda sözdə ənənəvi dəyərlərin təbliği kəskin artıb. 2017-ci ildə yaradılan ekstremist hərəkat "Gürcü Marşı" çətir-təşkilatı bu baxımdan mühüm rol oynayır. Onların məqsədləri guya ki, Qərbin Gürcüstana “sırımaq” istədiyi dəyərlərə qarşı çıxmaqdır. Bu, onların sözlərinə görə, gürcü xalqı və ictimaiyyətin mövcudluğuna təhlükə törədir. “Gürcü marşı” rəqiblərə qarşı fiziki güc tətbiq etməkdən çəkinməyən təcavüzkar bir hərəkatdır. Onların məqsədləri, Gürcüstanda Avropa İttifaqı və NATO-ya olan ictimai dəstəyi zəiflətməkdir ki, bu haqda razılaşmalar artıq 15 ildir ki, əldə olunub. Onların məqsədləri, həmçinin daxili gərginlik yaratmaq və Gürcüstan cəmiyyətində qarşıdurmalara səbəb olmaqdır. "Gürcü Marşı”nın Rusiya ilə və Rusiyanın mühüm vəzifəli bir neçə lideri ilə əlaqələri var",
— məlumatda bildirilir.

Mənbə: publika.ge
Print