İctimai yerlərdə maskadan istifadə etməməyə görə cərimə maksimum 100 lari səviyyəsində nəzərdə tutulur
İctimai yerlərdə maskadan istifadə etməməyə görə cərimə maksimum 100 lari səviyyəsində nəzərdə tutulur. "Interpressnews"-in əldə etdiyi məlumata görə, təhlükəsizlik qaydalarının pozulmasına görə sanksiya ilə bağlı qanunvericilik baxımından aşağıdakı yanaşma müzakirə olunur: qoruyucu maskadan istifadə etməməyə görə fiziki şəxslər üçün cərimələr orta əmək haqqının onda bir hissəsindən çox olmamalıdır, özəl şirkətlər və hüquqi şəxslər üçün isə cərimə orta əməkhaqqı qədər müəyyən edilir.

Bu mərhələdə qərar qəbul olunmayıb və ictimai yerlərdə maskadan istifadə etməyən şəxslərin nə qədər cərimə ediləcəyi müzakirə olunur. Məlumat üçün qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin ilkin məlumatlarına görə, 2019-cu ildə ölkədə orta əmək haqqı 1 204 lari (nağd şəkildə 963 lari) olub ki, buradan da gəlir vergisi çıxıldıqdan sonra onda bir hissəsi təqribən 100 lari təşkil edir.

Xatırladaq ki, ictimai məkanda maskadan istifadə qaydalarının pozulmasına görə sanksiya (cərimə) tətbiq edilməsi zərurəti bir neçə gün əvvəl büro iclasında müzakirə edilmiş, müzakirə çərçivəsində Parlament sədri Hüquq və Sağlamlıq Komitələrindən dəyişikliklər hazırlamağı xahiş etmişdi. Arçil Talakvadzenin bildirmişdi ki, cərimənin məbləği rasional olmalı və iki meyara cavab verməlidir: qabaqlayıcı təsir göstərməlidir və vətəndaşın sosial vəziyyətinin pisləşməsinə səbəb olmamalıdır.

Print Email
FaceBook Twitter Google