Marneulidəki “Geo Hospitals” klinikasında koronovirusla bağlı götürülmüş üç analizə cavab alıblar
Marneulidəki “Geo Hospitals” klinikasında koronovirusla bağlı götürülmüş üç analizə cavab alıblar. Xəstəxananın kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirib ki, testlərin üçünün də cavabı mənfidir.

“Dünən, 2 iyun tarixində üç analiz göndərdik və üçünün də cavabı mənfidir. Xəstələrin üçü də Marneulidəndir. Bu gün daha 6 analiz göndərmişik”, – Tata Şenqelaia bildirib.

Kliniki direktorun sözlərinə görə, göndərilmiş altı analizin cavabını sabah səhər alacaqlar.

“Geo Hospitals”-ın Marneulidə yerləşən klinikasında 31 may tarixində virusa yoluxma ilə bağlı 1 hal qeydə alınıb.

Bunadək isə klinikada 26 gün ərzində covid-19 qeydə alınmayıb.

Marneuli bələdiyyəsi 56 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.

Print Email
FaceBook Twitter Google