Amiran Qamkrelidze – Saburtalo klasterindən artıq 24 yoluxma halı təsdiqlənib, 150-dən artıq təmasda olan şəxs isə müayinədən keçib
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, Saurtalo klasterində artıq 24 yoluxma qeydə alınıb.

Qamkrelidzenin Gürcüstanın Birinci Kanalına bildirdiyinə görə, 150-dən artıq təmas müəyyən edilib və proses davam edir.

“Saburtalo klasterində 24 yoluxma halı artıq təsdiqlənib. Təxminən 150-dən artıq təmas müəyyən edilib və proses davam etdirilir. Biz təmasda olanların demək olar ki, hamısını müayinə etdik və indi hərtərəfli müayinələr aparılır. Müəyyən qismi, təxminən 80 nəfərə yaxını karantinə yerləşdirilib. Qalanları özünütəcriddədir”, – Amiran Qamkrelidze deyib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google