Kaxa Kaladze deyib ki, bələdiyyəyə məxsus ərazidə fəaliyyət
göstərən açıq tipli kafelər əlavə bələdiyyə sahəsindən istifadə edə
biləcəklər.
Kaladze bildirib ki, 1 iyun tarixindən açıq tipli kafelər
fəaliyyətə başlayıb, ancaq müəyyən qaydalara əməl etməlidirlər.
Həmçinin, masalar arasında məsafə də var və buna görə restoran,
kafe rəhbərləri pandemiyaya qədər olan sayda masa yerləşdirə
bilməyəcəklər.
“Bələdiyyə ərazisində işləyən açıq tipli kafelərin
məhdudiyyətlər götürülənə kimi, masaları tələbə uyğun yerləşdirmək
üçün müvəqqəti şəkildə ərazidə olan bələdiyyə sahələrindən istifadə
etmək imkanı olacaq, – Kaladze bildirib.
“Bu müvəqqəti tədbirdir. Vəziyyət mürəkkəb olduqca hələlik belə
olacaq”, – Kaladze bildirib.
Açıq tipli kafelərin açılması ilə yanaşı Səhiyyə Nazirliyi xüsusi
tövsiyələr hazırlayıb və onlara yalnız obyekt rəhbərləri deyil,
qonaqlar da əməl etməli olacaq.
Tövsiyələr bir neçə hissəyə bölünür, onlar arasında müştərilərin
əvvəlcədən yazılması, zalda masaların məsafəli şəkildə düzülməsi,
birdəfəlik örtük və menyular, barmenlərlə təması azaltmaq məqsədi
ilə içkini masaya aparmaq və s. də var.