Açıq tipli kafelər bələdiyyə ərazisindən istifadə edə biləcəklər – Kaladze
Kaxa Kaladze deyib ki, bələdiyyəyə məxsus ərazidə fəaliyyət göstərən açıq tipli kafelər əlavə bələdiyyə sahəsindən istifadə edə biləcəklər.
Kaladze bildirib ki, 1 iyun tarixindən açıq tipli kafelər fəaliyyətə başlayıb, ancaq müəyyən qaydalara əməl etməlidirlər.

Həmçinin, masalar arasında məsafə də var və buna görə restoran, kafe rəhbərləri pandemiyaya qədər olan sayda masa yerləşdirə bilməyəcəklər.

“Bələdiyyə ərazisində işləyən açıq tipli kafelərin məhdudiyyətlər götürülənə kimi, masaları tələbə uyğun yerləşdirmək üçün müvəqqəti şəkildə ərazidə olan bələdiyyə sahələrindən istifadə etmək imkanı olacaq, – Kaladze bildirib.

“Bu müvəqqəti tədbirdir. Vəziyyət mürəkkəb olduqca hələlik belə olacaq”,
– Kaladze bildirib.

Açıq tipli kafelərin açılması ilə yanaşı Səhiyyə Nazirliyi xüsusi tövsiyələr hazırlayıb və onlara yalnız obyekt rəhbərləri deyil, qonaqlar da əməl etməli olacaq.

Tövsiyələr bir neçə hissəyə bölünür, onlar arasında müştərilərin əvvəlcədən yazılması, zalda masaların məsafəli şəkildə düzülməsi, birdəfəlik örtük və menyular, barmenlərlə təması azaltmaq məqsədi ilə içkini masaya aparmaq və s. də var.

Mənbə: Netgazeti
Print