Ötən illə müqayisədə spirtsiz içkilərin və ərzağın qiyməti 14,7% bahalaşıb
May ayına olan məlumata görə, ötən illə müqayisədə Gürcüstanda inflyasiya göstəricisi 0,2 faiz, illik inflyasiya isə 6,5% faizdir.

Milli Statistika Xidmətinin yayımladığı məlumata görə, mehmanxanalar, restoran və kafe kateqoriyasında qiymətlər 4,3 faiz artıb. Səhiyyə sahəsində də qiymətlər 1,3 faiz artıb.

Nəqliyyat xidmətində isə qiymətlər 2,4 faiz azalıb. Eləcə də nəqliyyatın istismar dəyəri də 4,4 faiz aşağı düşüb.

Milli Statistika Xidmətinin yayımladığı məlumata görə, ötən ayla müqayisədə ərzaq və spirtsiz içkilərin qiyməti dəyişməz qalır. Spirtli içkilər və tütünün qiyməti isə 1,1 faiz artıb.

Ötən ayla müqayisədə geyim və ayaqqabıda da qiymətlər 0,5 faiz artıb. Yaşayış evi, elektrik enerjisi, təbii qaz və su kateqoriyasında da 0,7% bahalaşma var.

Ötən ayla müqayisədə mebel, ailə üçün əşyalar və ev üçün təmizlik vasitələri kateqoriyasında da qiymətlər 1 faiz bahalaşıb.

Ötən ayla müqayisədə istirahət, əyləncə və mədəniyyət sahəsində (0,3%), təhsildə (0,1%) və müxtəlif mal və xidmətlərdə (1,5%) artım var.

İllik inflyasiya 6,5% təşkil edib. Burada əsasən spirtsiz içkilər və ərzaq kateqoriyasında artım hiss olunur. Bu alt qruplarda qiymətlər artıb: meyvə və üzüm (47,1 faiz), süd, pendir və yumurta (24,6 faiz), balıq (17,1 faiz), şəkər tozu, cem və başqa şirniyyatlar (14,5 faiz), qəhvə, çay və kakao (13,9 faiz), ət və ət məhsulları (13,5 faiz), günəbaxan yağı və yağ (13,1 faiz), mineral və bulaq suyu, spirtsiz içkilər və neytral şirələr (9,5 faiz) çörək və un məhsulları (9,2 faiz), tərəvəz və bitkilər (2,7 faiz).

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google