Gürcüstan vətəndaşlarına və onu müşayiət edən şəxslərə tibbi
müalicə məqsədilə Türkiyəyə daxil olmaq üçün tibbi viza almağa
ehtiyac olmayacaq.
Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən verilən açıqlamada
bildirilir.
Səfirlikdən bildirdiklərinə görə, xəstə ilə birlikdə yalnız iki
müşayiət edən şəxsə icazə verilir.
“Türkiyə tərəfi Türkiyə Respublikasında tibbi yardım
almaq üçün Gürcüstan vətəndaşlarından tibbi viza almalarını tələb
etmək qərarını bir daha nəzərdən keçirdi və bizə bildirdi ki,
Gürcüstan vətəndaşları və onları müşayiət edən şəxslərin müalicə
məqsədilə Türkiyəyə daxil olması üçün tibbi viza almağa ehtiyac
olmayacaq. Qeyd olunan məsələ ilə bağlı ötən gün Gürcüstan
səfirliyi ilə Türkiyənin müvafiq qurumları və Türkiyənin
Gürcüstandakı diplomatik nümayəndəliyi arasında danışıq olub.
Buradan da irəli gələrək, Gürcüstanla vizasız rejim və artıq mövcud
qaydalar davam edir: ilk növbədə xəstə və ya onu müşayiət edən şəxs
tibbi yardım almaq üçün Türkiyədəki müvafiq klinikaya müraciət
etməlidir;
Xəstə və ya onu müşayiət edən şəxs, müvafiq klinika ilə birlikdə,
Türk Beynəlxalq Tibbi Xidmət Agentliyinin USHAŞ saytında – https://covid19st.ushas.com.tr/
saytında qeydiyyatdan keçməli və tələb olunan sənədləri
yükləməlidir;
İcazəni aldıqdan sonra xəstə və ya onu müşayiət edən şəxs müvafiq
klinika ilə nəqliyyat məsələsini planlaşdırmalıdır. Qeyd edək ki,
xəstə ilə birlikdə yalnız 2 müşayiət edən şəxsə icazə
veriləcək”, – səfirliyin açıqlamasında
bildirilir.