Xəbərlər
Hökumətdən Qaxarianın istefası xəbərini təsdiq etmirlər
“Mtavari Arxi” kanalının məlumatına görə, Baş nazir Qiorqi Qaxaria vəzifəsini tərk edir. Bu məlumatı Dövlət Administrasiyasından təsdiq etməyiblər.

Telekanalın məlumatına görə, “Gürcü Arzusunun” sədri Bidzina İvanişvili 1 iyun tarixində baş tutmuş görüşdə Qaxariadan istefa verməsini tələb edib və ondan rədd cavabı alıb.

“Bizim mənbəyə əsasən Qiorqi Qaxarianın 20 iyunda, Qavrilov gecəsinin bir ilində Baş nazir olmaması qərarı qəbul olunub”, - kanal yazır.

Kanalın məlumatına görə, Qaxaria vəzifəsini yaxın günlərdə tərk edəcək.

“Netgazeti” məlumatı araşdırmaq üçün hökumət administrasiyası ilə əlaqə saxlayıb və bildiriblər ki, Baş nazir “adi iş gününə davam edir”.

“Baş nazir işdədir və iş günüdür. Başqa günlərdə olduğu kimi iş görüşlərini idarə edir”, – qurumdan qeyd edirlər və Qaxarianın vəzifəsini tərk etməsi haqda məlumatı təsdiq etmirlər.

Qiorqi Qaxaria ötən ilin sentyabrında Baş nazir təyin olunub.

Mənbə: Netgazeti
FaceBook Twitter Google