Təklif edirəm ki, Marneulidə Xudunun və Kartli-Kaxeti çarının heykəli ucaldılsın – Yepiskop Qiorqi
Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) təşəbbüs irəli sürüb ki, Marneulidə Nəriman Nərimanovun abidəsinin əvəzində Xudunun və Kartli-Kaxeti çarı İkinci İraklinin abidəsi ucaldılsın.

“Mən ayini yerinə yetirdim və çıxış etdim. Amma azərbaycanlı icmasına, bizim soydaşlarımıza mənim çıxışımdan çıxarılmış çirkin məlumat çatdırıblar. Guya ki, Nərimanovun heykəlinin etnik azərbaycanlı olduğuna görə götürülməsini istəyirəm. Xeyr, indi mən təşəbbüs irəli sürürəm, ictimaiyyət üzvlərinə, eləcə də azərbaycanlı bacı və qardaşlara müraciət edirəm ki, bizim milli qəhrəmanın heykəlini ucaldaq”, – Yepiskop Qiorqi deyir.

Marneuli və Hucabi Yepiskopunun bəyanatına görə, Xudu Aspindza döyüşündə Kartli-Kaxeti çarı İkinci İrakli ilə birgə çiyin-çiyinə vuruşub və o, Aspindza döyüşündə körpünü kəsərək Gürcüstana qələbə gətirməklə həlledici rol oynayıb.

“Buradan irəli gələrək əlbəttə o, bizim hamımızın ürəyində milli qəhrəmandır. Əgər mənim bəyanatıma (Nəriman Nərimanovun abidəsi ilə əlaqədar) etnik şikayət adı verirlər və milliyətçilikdən danışırlarsa, indi mən təşəbbüs irəli sürürəm və bu qanlı “qırmızı” komissarın əvəzinə Xudu Azərbaycanlının və İkinci İraklinin abidəsinin ucaldılmasını istəyirəm. Çünki bu bizim gürcü-azərbaycan qardaşlığımızın və birliyimizin rəmzi olacaq”, – Yepiskop deyib.

Marneuli və Hucabinin yepiskopunun sözlərinə görə, 24 may tarixində həftəlik ayində onun Nərimanovun heykəli ilə bağlı verdiyi bəyanat media vasitələrində çox çirkin şəkildə işıqlandırılıb. O, qeyd edir ki, etnik zəmində bəyanat verməyib və yalnız Gürcüstanın düşməni, Qırmızı ordunun liderlərindən biri Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb edib.

Marneuli meri Zaur Darğallı 10 gündür ki, radionun zənglərinə cavab vermir. Marneuli merinin Nərimanov məsələsi ilə bağlı sükutu nə ilə əlaqəli ola bilər sualına Yepiskop Qiorqi cavab verib ki, onun sükutu hərəkətinin qanunsuz olmasının göstəricisidir. O, düşünür ki, mer səhv edib, amma indi həmin səhvi düzəltməlidir.

Print Email
FaceBook Twitter Google