Marneuli bələdiyyəsinin Mareti kəndində 2 iyun tarixində aparılmış
40 testdən hamısı mənfidir. Bu barədə məlumatı Marneuli meri Zaur
Darğallı verib.
Onun Maretidəki epidemioloji vəziyyətlə bağlı müsahibəsini
meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsi verib. Zaur Darğallı
Nəriman Nərimanovun heykəlinin bərpası müzakirə mövzusuna
çevrildikdən sonra belə ünsiyyət formaşı seçib.
“Yaxın təmasları müayinə etdik. Əməkdaşlar və.s. Deyə
bilərik ki, qeyd olunan klasterdən hələ ki, virus yayılmayıb. Ancaq
proses davam edir. Qeyd olunan təmaslar özünütəcriddədir və bizim
epidemioloqlar prosesə fəal qoşulub”, – Zaur Darğallı
deyir.
Marneuli bələdiyyəsinin Mareti kəndində beş nəfərdə koronavirusa
yoluxma qeydə alınıb. Onlar hamısı bir ailənin üzvləridir. 1 iyun
tarixində koronavirus ailənin üç, 2 iyun tarixində isə daha iki
üzvündə təsdiqlənib.