Azərbaycanda yenidən məhdudiyyət olacaq
Son günlər Azərbaycan ərazisində koronavirusun yayılmasında yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Yoluxma və sağalma arasında uyğunsuz fərq getdikcə artmaqdadır.

"Marneuli" radiosu Axar.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

"Əsas səbəb vətəndaşların karantin rejiminin qaydalarına əməl etməmələridir. Koronavirusinfo.az saytına karantin rejimin pozulması ilə bağlı xeyli müraciət var.

Bu səbəbdən karantin rejiminin yumuşaldılması dayandırılır və yenidən sərtləşmə qaydaları müzakirə olunur",
— o deyib.

İ.Məmmədov bildirib ki, TƏBİB vəziyyətlə bağlı Operativ Qərargaha müraciət edib:

"Sərtləşdirmə ilə bağlı məsələ müzakirə olunub. Cümə günündən hərəkətin məhdudlaşdırılması ola bilər. Küçəyə çıxma qadağası tətbiq olunacaq, hərəkətin tam məhdudlaşdırılması rejiminin yaradılması planlaşdırılır."

İbrahim Məmmədov bildirib ki, sabah Operativ Qərargahın rəhbəri Əli Əsədov bununla bağlı ətraflı məlumat verəcək.

Print Email
FaceBook Twitter Google