Azərbaycanda SMS icazə bərpa edilir, nəqliyyat tam qadağan olunacaq
Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının
qısaldıması üçün müraciət edəcəyik.
"Marneuli" radiosu Axar.az-a istinadən xəbər verir ki, bunu
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın
brifinqində deyib.
"Küçəyə çıxma qadağasında ərzaq, supermarketlər daxil,
bütün sahələrin tam qapadılması (həftə sonu, 48 saatlıq - red.)
nəzərə tutulur. Buna görə insanlardan ərzaq ehtiyatı görmələrini
xahiş edirik. Təşvişə düşməyə ehtiyac yoxdur, bu qadağalar həftə
sonları tətbiq olunacaq", - o bildirib.
R.Bayramlının sözlərinə görə, bu günlərdə həyatı vacib sahələrin
çalışması nəzərdə tutulur:
"Bununla bağlı məlumat veriləcək. Eyni zamanda,
SMS-icazə sistemi bərpa oluna bilər. Lakin bu SMS-icazə əvvəlki
kimi olmayacaq. Yalnız xüsusi sağlamlıq vəziyyətində və tibb
müəssisələrinə çıxmaq üçün icazə veriləcək.
Eyni zamanda, ictimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə
tutulur. Zəruri sahələrdə çalışanlar üçün müəyyən istisnalar ola
bilər".