Gürcüstanda koronavirusa daha 1 nəfər yoluxub, 4 nəfər isə sağalıb
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı daha 1 nəfər
artaraq 801-ə çatıb.
Bu haqda məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış
stopcov.ge saytında yerləşdirilib.
Sağalanların sayı isə daha 4 nəfər artaraq 644 nəfərə çatıb.
Karantin rejimində 2424, stasionar nəzarət altında isə 304 nəfər
var.
Gürcüstanda bu günə kimi koronavirus səbəbindən 13 nəfər vəfat
edib.
Bunlarla yanaşı, xarici ölkələrdən müalicə olunmaq üçün 3 Gürcüstan
vətəndaşı vətənə qaytarılıb.