Gürcüstanda koronavirusa daha 1 nəfər yoluxub, 4 nəfər isə sağalıb
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı daha 1 nəfər artaraq 801-ə çatıb.

Bu haqda məlumat hökumət tərəfindən xüsusi olaraq yaradılmış stopcov.ge saytında yerləşdirilib.

Sağalanların sayı isə daha 4 nəfər artaraq 644 nəfərə çatıb. Karantin rejimində 2424, stasionar nəzarət altında isə 304 nəfər var.

Gürcüstanda bu günə kimi koronavirus səbəbindən 13 nəfər vəfat edib.

Bunlarla yanaşı, xarici ölkələrdən müalicə olunmaq üçün 3 Gürcüstan vətəndaşı vətənə qaytarılıb.
Print