Son 24 saat ərzində Ermənistanda 697 yeni koronavirusa yoluxma halı
təsdiqlənib.
Bu barədə Baş nazir Nikol Paşinyan “Facebook”-da canlı yayımda
çıxış edərkən bildirib.
"Pis xəbər var, vəziyyət pisləşir, 697 yeni yoluxma
halı təsdiqləndi. Bu o deməkdir ki, xəstəxanaya ehtiyacı olan
insanlarımız var, lakin onları vaxtında xəstəxanaya yerləşdirməyə
imkanımız yoxdur", – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, ölkədə minlərlə simptomsuz xəstə var ki, onlar
koronavirusa yoluxduqlarını bilmirlər.
“Ölkədə 20 minə yaxın yoluxmuş insan var ki, onlar
özlərinin koronavirusa yoluxduqlarını bilmirlər. Xəstəliyin əsas
yayıcıları bu adamlardır”, – Paşinyan deyib.
Xatırladaq ki, Nikol Paşinyan və onun ailə üzvləri də koronavirusa
yoluxublar.