“Reuters” agentliyi xəbər verir ki, Minnesota prokurorları Corc
Floydun saxlanılmasında iştirak edən hər dörd polis əməkdaşına
qarşı ittiham irəli sürüblər.
Agentliyin məlumatına görə, bir neçə gün əvvəl saxlanılan və üçüncü
dərəcəli qətldə ittiham olunan Derek Şovinə qarşı sürülən ittiham
ikinci dərəcəli qətl kimi təsnifləndirilib, hadisədə iştirak edən
digər 3 polis işçisi isə həbs olunub və ikinci dərəcəli qətldə
iştirak və dəstək olmaqda ittiham edilib.
Qeyd edək ki, onlara qarşı sürülən ittiham sübuta yetirilərsə, hər
dörd polis işçisini 40 ilədək həbs cəzası gözləyir.
Məlumat üçün bildirək ki, mayın 25-də 48 yaşlı afroamerikalı Corc
Floyd saxlanılan zaman huşunu itirib. Xəstəxanaya aparılsa da, onun
həyatını xilas etmək mümkün olmayıb. Floydun saxlanılmasının video
görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda bir polis
məmurunun 9 dəqiqə boyunca Floydun boynundan dizi ilə basdığı
görünür. Saxlanılan şəxsin səsi eşidilir və o, nəfəs ala
bilmədiyini deyir.