Tetritskaronun açılması istiqamətində addım atmağımız mümkündür – Qaxaria
Gürcüstanın Baş naziri Qiorqi Qaxaria son 12 gün ərzində Tetritskaroda koronavirusa yoluxma halının aşkarlanmadığını bildirib.
Qaxaria deyib ki, Tetritskaroda son yoluxma hadisəsi mayın 22-də aşkarlanıb.

"Mayın 22-dən iyunun 4-dək virusun bir inkubasiya müddəti, yəni 14 günü keçib və Tetritskaroda intensiv testlərə baxmayaraq heç bir yeni yoluxma halı aşkarlanmadı. Bu dövrədək burada 449-dan çox test keçirilib və heç bir yoluxma halı qeydə alınmayıb.

Buna görə də Tetritskaronun açılması istiqamətində addım atmağı mümkün hesab edirik”,
– deyə Qaxaria bildirib və Tetritskaro sakinlərini mümkün qədər diqqətli olmağa çağırıb.

Tetritskaro aprelin 26-dan etibarən 20-yə yaxın koronavirus infeksiyasına yoluxma səbəbindən bağlanıb. Aprelin 26-dan etibarən şəhərə nəzarət üçün üç blok post qurulub və kiçik istisnalardan başqa şəhərə bütün növ giriş və çıxış məhdudlaşdırılıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google