Gürcüstanın Baş naziri Qiorqi Qaxaria son 12 gün ərzində
Tetritskaroda koronavirusa yoluxma halının aşkarlanmadığını
bildirib.
Qaxaria deyib ki, Tetritskaroda son yoluxma hadisəsi mayın 22-də
aşkarlanıb.
"Mayın 22-dən iyunun 4-dək virusun bir inkubasiya
müddəti, yəni 14 günü keçib və Tetritskaroda intensiv testlərə
baxmayaraq heç bir yeni yoluxma halı aşkarlanmadı. Bu dövrədək
burada 449-dan çox test keçirilib və heç bir yoluxma halı qeydə
alınmayıb.
Buna görə də Tetritskaronun açılması istiqamətində addım atmağı
mümkün hesab edirik”, – deyə Qaxaria bildirib və
Tetritskaro sakinlərini mümkün qədər diqqətli olmağa çağırıb.
Tetritskaro aprelin 26-dan etibarən 20-yə yaxın koronavirus
infeksiyasına yoluxma səbəbindən bağlanıb. Aprelin 26-dan etibarən
şəhərə nəzarət üçün üç blok post qurulub və kiçik istisnalardan
başqa şəhərə bütün növ giriş və çıxış məhdudlaşdırılıb.