Bu gün saat 19:00-da konstitusiya qanun layihəsinin ictimai
müzakirəsi keçiriləcək. Müzakirə televiziya formatında baş tutacaq.
Parlamentin Prosedur Məsələlər və Qaydalar komitəsinin sədri Quram
Macaraşvilinin sözlərinə görə, vətəndaşların komissiya üzvlərinə
sual vermək imkanı olacaq ki, onlar da birbaşa efirdə bu sualları
cavablandıracaqlar.
Məlum olduğu kimi, Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı
Konstitusiya Komissiyası yaradılıb.
"İyunun 4-də canlı yayım olacaq. İctimai Yayım əhalinin internet
vasitəsilə komissiya üzvlərinə birbaşa sual verməsini və
vətəndaşlarımızın dolğun cavablar almasını canlı yayım vasitəsilə
təmin edəcək", – deyə Macarşvili bildirib.
Onun sözlərinə görə, "Covid 19"-un yayılması ilə əlaqədar olaraq,
dünya gündəmi dəyişib və səhiyyə sistemi nümayəndələrinin tövsiyəsi
əsasında ictimai müzakirənin ictimaiyyətə çıxaraq əhali ilə birbaşa
görüşmək yolu ilə deyil, telekommunikasiya yolu ilə baş tutması
planlaşdırılıb. Onun sözlərinə görə, ümumi ictimai müzakirələr bir
ay ərzində keçirilməlidir.