Ümid edirik ki, Azərbaycanla olan qardaşlığımız qorunub
saxlanılacaq və eyni zamanda həqiqət aşkar olacaq - Patriarxın
müavini Müqəddəs Ata Şio David Qareci məsələsi barədə danışarkən
jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sərhədlərin müəyyən edilməsi üçün ikitərəfli
komissiya işləyir.
“İkitərəfli, yeni bir komissiya işləyir. Ümid edirik
ki, bu komissiya əvvəlkindən daha prinsipial olacaq və həqiqətlər
də aşkara çıxacaq ... Demək istəyirəm ki, Azərbaycanla olan
qardaşlığımızın qorunub saxlanılacağına və eyni zamanda bu
həqiqətin də aşkara çıxacağına ümid edirik, həmçinin inanırıq ki,
komissiya xeyirxahlıqla işləyəcək”, - deyə Müqəddəs
Ata Şio bildirib.
Müqəddəs Ata Şio bu gün Qarecoba ilə əlaqədar Davit Qareci monastır
kompleksini ziyarət edib.