“Məhv olmuş xəyallarım” – erkən yaşda qaçırılmış qızın səsli, lakin anonim fikri
13:03 / 05.06.2020
Mətn
“Pəncərə”
platformasının “Facebook” səhifəsindən götürülüb/ müəllif:
anonim
"Mənim 16 yaşım var, xəyalları məhv olmuş biriyəm. Həyatımı
qaraltdılar mənim, heç kəs deyil bunu mənə öz ailəm etdi!
Mən gələcəyim haqda düşüncələr düşünərdim, tez bir zamanda böyüyüb
qurduğum xəyalları yaşamaq istəyirdim, gələcəyimin gözəl və parlaq
olacağına inanırdım.
Oxumagı çox sevirdim amma şərtlar buna icazə vermədi, ailəmin
basqısı ilə 11 yaşımda məkdəbdən çıxarıldım və o an başa düşdüm ki,
həyat biz qız övladların istədiyi kimi olmur!
Və 14 yaşıma gəldim, ailəm məni nişanlandırmaq qərarına gəldi, nə
qədər cəhd etsəmdə onlara qarşı gələ bilmədim... Onlar bildikləri
halda ki, məni verdiklərinə mən yar olmayacağam! Yenede məni qurban
etdilər, məni zorla qacırdılar. Bəli ailəm çox xoşbəxt idilər cünki
istədiklərini əldə etdilər, bunu bacara bilməsəydilər ayıb olardı
axı camaahata. Yad insanlar pis baxmasınlar deyə siz öz övladınızın
həyatını bitirdiniz!
Çətin də olsa mən bunu bacardım, ailəm mənə bunu etsədə, mən yenə
onların yanına qayıtdım, yar olmadım ona, ola bilmədim! Beləliklə
ailəm mənim həyatımı bitmiş oldu, içimdəki o gözəl saf və təmiz
qızı öldürdülər! Ey insanlar duyun səsimi qızlarınızı oxudun! İcazə
verin dünya görüşləri olsun peşə sahibi olsunlar! Onların
xəyallarını puç etməyin! Həyatlarını qaraltmayın! İcazə verin
gözlərini acıb həyata baxsınlar! Zorla evləndirib həyatlarını məhv
etməyin!"