“Genet” MMC-yə Maradisidə kabel interneti çəkmək üçün icazə veriblər
Marneuli bələdiyyəsinin Maradisi kəndində internetin çəkilməsi üçün hava optik-lifli kabel çəkmək üçün “Genet” MMC-yə icazə verilib.

“Marneuli” radiosu tərəfindən 12 may tarixində hazırlanmış materialda Maradisi kənd əhalisi kənddə kabel internetin olmamasından və şagirdlərin, müəllimlərin distant şəkildə dərs zamanı problemlər yaranması ilə bağlı narahatlıqlarını bildirmişdilər.

Maradisi ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi Anjela Bolkvadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mobil internetidən istifadə etmək müəllim və şagirdlər üçün çətindir.

Naira Paksadzenin övladları Maradisi ictimai məktəbində oxuyurlar. Paksadzenin onuncu və səkkizinci sinif şagirdləri olan övladları dərslərə mobil internet vasitəsilə qoşulurlar.

“Mənim övladlarım dərsə qoşulanda 4-5 dəfə internet kəsilir. Sonra müəllim özü əlaqə saxlayır və dərsi başa düşüb düşmədiklərini soruşur. Çox əziyyət çəkirlər. Ümid edirik ki, bizim kəndə də kabel internet çəkiləcək”, – Naira Paksadze deyir.

Müəllim və şagirdlər kimi Maradisili tələbələr üçün də problem yaranır. Tamila Paksadze İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir. Naira Paksadze kimi o, da deyir ki, internetin keyfiyyətsiz olmasına görə mühazirələrə qoşula bilmir və məhz buna görə təhsil almaqda çətinliklərlə qarşılaşır.

Marneuli meriyasından 12 may tarixində Maradisi kəndinə hansı internet provayderin kabel interneti çəkəcəyini deməmişdilər və yazılı şəkildə müraciət etməmizi məsləhət görmüşdülər.

“Marneuli” radiosunun məktubuna bələdiyyə 10 iş günü əvəzinə 17 iş günündə cavab verdi.

Marneuli meriyası “Genet” MMC-yə Maradisi kəndinə kabel internet çəkmək üçün 2020-ci ilin 19 mart tarixində icazə verib.

Print Email
FaceBook Twitter Google