Marneulidə Ağmaşenebeli küçəsi və yaxınlıqdakı küçələrdə saat 18:00-a kimi işıq olmayacaq
Marneuli şəhərinin Ağmaşenebeli küçəsində (bazar ərazisi) və yaxınlıqdakı küçələrdə elektrik enerjisi bu gün, 5 iyun tarixində səhər saat 10:00-dan sönüb.

“Energo-Pro Georgia”nın qaynar xətt operatoru “Marneuli” radiosuna bildirib ki, həmin küçədə planlı işlərə görə işıq söndürülüb.

Ağmaşenebeli küçəsi və yaxınlıqdakı küçələrə elektrik enerjisi bu gün, saat 18:00-da veriləcək.

Print Email
FaceBook Twitter Google