Marneuli şəhərinin Ağmaşenebeli küçəsində (bazar ərazisi) və
yaxınlıqdakı küçələrdə elektrik enerjisi bu gün, 5 iyun tarixində
səhər saat 10:00-dan sönüb.
“Energo-Pro Georgia”nın qaynar xətt operatoru “Marneuli” radiosuna
bildirib ki, həmin küçədə planlı işlərə görə işıq söndürülüb.
Ağmaşenebeli küçəsi və yaxınlıqdakı küçələrə elektrik enerjisi bu
gün, saat 18:00-da veriləcək.