Kürtlər kəndinə ailə həkiminin təyin olunması planlaşdırılır
Kürtlər kəndində 4 aydan artıqdır ki, ailə həkimi yoxdur. Kəndin ailə həkimi dünyasını dəyişib. Buna görə də sakinlər xəstəxanaya müraciət edən zaman, arayışı haradan alacaqlarını bilmirlər. Kürtlər kəndində yaşayan Xaləddin Məmmədovun sözlərinə görə, arayış almaq üçün digər kəndlərin həkimlərinə müraciət etməli olurlar. Bu da onlar üçün çətin olur. Məmmədov onu da əlavə etdi ki, azyaşlı uşaqlara peyvənd vurulmalıdır, həkim olmadığına görə, peyvəndlərin vurulması da gecikir.

“Kəndimizin ailə həkimi yoxdur. Çox çətinlik çəkirik. Kimə müraciət edəcəymizi, həkimdən hansı sənədi alacağmızı bilmirik. Həkimdən xəstəxanaya göndəriş almalıyıq, kimdən alacağmızı bilmirik. Başqa həkimlərə, təcili tibbi yardıma deyirik, deyirlər bizim səlahiyyətmizdə deyil. Çıxılmaz vəziyyətdə qalmışıq. Bizim kəndə mütləq ailə həkimi lazımdır. Uşaqlarmıza peyvənd vurulmalıdır”, – Xaləddin Məmmədov dedi.

Fövqəladə Halların İdarəolunması və Təxirəsalınmaz Yardım Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, mərkəz tərəfindən artıq müvafiq kadrlar seçilib-qiymətləndirilib və yaxın gələcəkdə Kürtlər kəndinə ailə həkimi təyin olunacaq.

Print Email
FaceBook Twitter Google