Lejbəddin sakinləri inəklərin kütləvi ölümünü otlağın Milli Qida Agentliyi tərəfindən dərmanlanması ilə əlaqələndirirlər (FOTO)
Bu gün, 2 iyul tarixində səhər saatlarında Marneuli rayonunun Lejbəddin kəndində iri buynuzlu heyvanlar tələf olub. Kənd sakini Cavanşir Zeynalovun sözlərinə görə, onlar səhər saatlarında heyvanlarını otlaq sahəsinə aparıblar, bu zaman isə heyvanlar yıxılıb və yerindəcə ölüblər. Zeynalov onu da bildirdi ki, ötən gün Milli Qida Agentliyinin əməkdaşları kənd ərazisində dezinfeksiya işləri aparıblar. Cavanşir Zeynalovun dediyinə görə, heyvanları almaq üçün bankdan 60 min lari kredit götürüblər.

“Bir il bundan öncə 60 min lari kredit götürmüşdük. Danalar aldıq, bu da belə oldu. Dünən deyəsən sahəni dərmanlayıblar. Onu da bildirməyiblər. Sahəyə məlumat lövhəsi yerləşdirəyiblər ki, bu sahələr zəhərlənib. Bura girmək olmaz. Malı gətirdik, 5 dəqiqə keçmədi ki, zəhərləndi. Aidiyyətı orqanlara bildirmişik”, – Cavanşir Zeynalov dedi.

Lejbəddin kəndi

Digər zərər çəkən Hacı Şamilovun dediyinə görə, bu günə qədər heyvanlarında heç bir xəstəlik olmayıb. O, da iddia edir ki, ötən gün sahə dərmanlanıb, ona görə də heyvanlar zəhərlənərək, ölüblər.

“Kreditlə mal almışıq. Bir ildir ki, saxlayırdıq. Səhər tezdən gətirdik ki, otaraq. Çəyirtkəyə qarşı dərman vurublar. Heç kimə məlumat verməyiblər. Biz də bilmədik. Heyvanlar otladığı zaman öldülər. Malımızın heç birinin xəstəliyi yox idi. Belə bir xəstəlik olar? On dəqiqənin içində xeyli heyvanımız öldü”, – Hacı Şamilov dedi.

Milli Qida Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Lipartelianinin “Marneuli” radiosuna bildirdiyinə görə, indiki mərhələdə epidemioloji tədqiqat aparılır. Cavab isə daha sonra məlum olacaq.

Miranqula Lipartelianinin sözlərinə görə, bir aydan artıqdır ki, Marneulidə çəyirtkəyə qarşı dərmanlama işləri həyata keçirilir və əhaliyə həmişə xəbərdarlıq edirlər ki, müəyyən dövr ərzində mal-qaranı bu əraziyə buraxmasınlar. Liparteliani bildirdi ki, Lejbəddin sakinlərinə də xəbərdarlıq edilibmiş.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google